Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarixlə bağlı konkret zaman göstərilib.
SAVASH.ORG-un məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Ukraynadakı müharibə ABŞ-dəki prezident seçkilərinin yekununa qədər davam edəcək.
Diplomat bildirib ki, o, Ukraynadakı münaqişənin tezliklə bitəcəyini gözləmir, çünki Rusiya rəhbəri Vladimir Putin istənilən qərarı ən azı bu ilin payızına, ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər təxirə sala bilər.
“Biz Ukrayna xalqını dəstəkləməldə davam etməliyik. Müharibə başlayanda biz Ukraynanı dəstəkləməyə söz vermişdik. Odur ki, Putin bu müharibəni dayandırmağa qərar verənə qədər biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, – Borrell vurğulayıb.
Orxan HƏSƏNLİ,
SAVASH.ORG